Xəzər dənizində brokonyerlər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan
inzibati xətaların qarşısının alınması, su bioresurslarının
mühafizəsinə nəzarəti gücləndirmək məqsədilə DİN-in Su
Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər
davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional
qrupundan Trend-ə verilən məlumata görə, İdarənin Lənkəran Xətt
Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti
tədbir zamanı Lənkəran rayonu Xəzər dənizinin su ərazisində
qanunsuz balıq ovu ilə məşğul olan A.Salayev və Ə.İslamov
saxlanılıblar.




Baxış zamanı həmin şəxslərdən 183 ədəd müxtəlif növ balıqlar və
ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su
hövzələrində su bioresurslarının qorunması və ekoloji tarazlığın
təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət
qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam
etdirilir.