Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin rəsmisi ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

30 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin
Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş müşaviri Vayat
Tolki və Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlonu qəbul
edib.

Görüş zamanı Azərbaycan-ABŞ münasibətləri, Strateji Tərəfdaşlıq
Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun
yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər,
Azərbaycan-Ermənistan normallaşma prosesi və bu çərçivədə Vaşinqton
razılaşmalarının icrası, habelə qarşılıqlı maraq doğuran regional
və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə rəsmiləri və nümayəndələri tərəfindən həyata keçirilən
qarşılıqlı səfərlərin münasibətlərin inkişafında əhəmiyyətli yer
tutduğu qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər yenilənəcək