Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb – DİN

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 25-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki
dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

Trend
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 104, o
cümlədən borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.




Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.