Altıagacda insanların gűman yeri

Baş səhifə

 

 

Ailəvi istirahətə yollanmaq űçűn,őlkəmizin fűsunkar təbiəti,sıx dag mənzərəsi,təmiz havası olan Xızı rayonu Altıagac qəsəbəsini seçməyim, mənim burdakı insanların hansı çətinliklərlə yaşadıgını dilə gətirməyimə zəmin yaratdı.Belə ki , oglum Rəhmanın yolda qəflətən halı pisləşərək,bizi çətin vəziyyətə saldı.Təbii ki ilk olaraq ,tibb məntəqəsinə çatdırmaq istədik.Bildirim ki Altıagaca yenicə çatmışdıq.Yol boyu maşını saxlayıb ,sakinlərdən təcili yardım,mətəqə,xəstəxana hansısa məkana tələssək də,sakinlərdən aldıgįmız məlumat bizi daha da həyəcanlandırdı.Sən demə,1500- ə dək əhalisi olan Altagacda yalnız Ailə Saglamlıq Mərkəzi fəaliyyət gőstərir ki, o da saat 16:00 -a dək, həmçinin həkimin  yolu uzaq oldugundan iw saatından evvəl çıxıb gedir.Burada űmumiyyətlə  aptekin də olmamasını eşidəndə, məcbur űz tuturuq Xızıya …Isti hava,uşagın dayanmadan kőmək istəməsi,getdikcə bədəndə bəzi hissələrinin qızarıb şişməsini gőrdűkcə həyəcanım daha da artır ,və bu həyəcanla xeyli uzaqda olan Xızı rayon Mərkəzi Xəstəxanasına çatırıq.Orada ilkin tibbi xidmət kimi nővbətçi həkimlər uşaga ővrə diaqnozu qoyur( kəskin allergiya) və damarına  10 qramlıq məhlul yeridib bildirirlər ki, bununla dűzələcək evinizə dőnə bilərsiz.Qurumuş dənizdə bir damla su gőrən balıgın sevinci kimi hiss edirəm őzűmű.Həkimə və tibb bacısına sosuz təşəkkűr edib qalacagımız evə dogru yol alırıq…Gűnűműzűn ən həyəcanlı məqamları burdan başlayır.. Uşaq bogularaq őskűrməyə,dayanmagan qaşınmaga başlayįr .Halı kəskinləşir .Indi yol boyu yenidən həkim axtarırıq ,bu vaxt bir kənd sakini, burda yaxşı bir tibb bacısı və həkim oldugunu bildirir.Tibb bacısının evinə yőn alırıq.Hicablı xanım halımızı gőrsə də,əvvəlcə imtina edir, ancaq mən israr edərək onun kőmək etməsini istəyirəm. Bir ővladını itirən ana űçűn bu anlari təbii ki başa dűşmək  çətin deyil …Tibb bacısı bildirir ki őzbaşına heç nə edə bilməz ,tanıdıgı bir vaxlar bərabər çalışdıgı Solmaz həkimə zəng edib çagırır .Xűlasə həkim gəlir ag őrpəkli,nurani sifətli kűbar bir xanım, vəziyyətin kəskin oldugunu, çarəsizliyimizi gőrűb,uşaga műdaxilə űçűn gőstəriş verir .Ev şəraitində Rəhmanımı vəziyyətdən çıxarmaga başlayırlar .Və…Şansımız gətirir, uşag vəziyyətdən çıxır .Uşagın həyəcanından yenicə açılan beynimdə suallar yaranmaga başlayır .Ilahi gőrəsən burdakı insanlar belə çətin durumlarda nə edirlər?

Uşaga yardım edən Solmaz xanımla sőhbət əsnasında məlum olur ki ,1977 ci ildən burada Tibb Məntəqəsində həkim işləyirmiş ,ta 2023 cű ildə yaşa gőrə işdən çıxarılana qədər .Hətta kənd sakinləri nin tələbi ilə 1 il můddətinə işə də qaytarılsa da, yenidən azad edilir.Amma buna baxmayaraq ,təcrűbəsinə ,savadına gőrə kənd sakinlərinin pənah yeridir .Hamının imdadına yetişir.Elə təcrůbəsiz həkimin Rəhmana yersiz műdaxiləsini də Solmaz xanım təcrűbə tarixinə őzű mőhůrlədi .Sőzűm səlahiyyətli qurumlaradır .Cənablar!Olmazmı təcrűbəli həkimləri yaşa gőrə ćıxarıb  ,insanları təcrűbəsiz “həkimlərin” qurbanına çevirməyəsiz ?Olmazmı adı dillər əzbəri olan belə məkanımızda, istirahət əyləncə mərkəzlərindən də vacib olan aptek,tibb məntəqəsi yaradılsın ?

Şansımız gətirdi deyə bilərəm .Tibb bacısı Ləman xanım və uzun illər őmrűnű insanların saglamlıgına həsr edən Solmaz xanım imdadımıza yetişdi .Var olun əziz dəyərli Solmaz xanım,Ləman xanım !Sizə bir őműr boyu minnətdaram !

Hə dostlar!Altagacın səfalı havasından,fűsunkar təbiətindən,açıqűrəkli insanlarından aldıgım təəssuratlar da sonsuzdur .Ancaq səhhətinizdə problem yaranarsa,varsa, ehtiyatınız olsun deyə səslənirəm. Burada nə aptek var,nə də gűvənəcəyiniz tibbi yardım xidməti .Burada pənah yeri ,gůman yeri olan Solmaz xanım və tibb bacısı Ləman xanım var…

Jurnalist  ELNARƏ ABBASOVA

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir