ADPU-nun tələbəsi qızılca xəstəliyindən ölüb? – Həkimdən AÇIQLAMA + VİDEO

Cəmiyyət


Cəlilabadın Sabirabad kənd sakini Sevil İbayeva qızılcadan vəfat edib.

O, ötən ilin dekabr ayının sonlarında Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə kəskin halsızlıq, dəridə səpkilər və yüksək hərarət kimi şikayətlərlə daxil olub.

Həkim infeksionistin müayinəsindən sonra xəstəyə qızılca diaqnozu qoyulub və ambulator müalicəyə yazılıb. Lakin dekabrın 30-da xəstədə kəskin ağırlaşma baş verib və birbaşa reanimasiya şöbəsinə yerləşdirilib. O, təcili qaydada intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub. Həkimlərin səylərinə baxmayaraq, Sevil İbayevanın həyatını xilas etmək mümkün olmayıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi Arzu Cəfərli Baku TV-yə bu barədə açıqlama verib:

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir