Avropa informasiya agentlikləri ilin ən yaxşı idmançısını seçib

Dünya


Avropa informasiya agentlikləri arasında keçirilən sorğuda dünyanın birinci raketka ustası, serbiyalı idmançı Novak Cokoviç 2023-cü ilin ən yaxşı idmançısı seçilib.

36 yaşlı tennisçi sorğuda üçqat “Formula-1” çempionu Maks Ferstappeni, və şüvüllə tullanma üzrə dünya rekordçusu Arman Düplantisi qabaqlayıb.

Qeyd edək ki, N.Cokoviç artıq beşinci dəfədir ki, Avropa informasiya agentlikləri arasında keçirilən bu səsvermənin qalibi olub. İdmançı əvvəllər 2011, 2015, 2018 və 2021-ci illərdə ilin ən yaxşı idmançısı seçilib.

Mənbə: Championat

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir