Şahzadə Harri penaltidə 63 yaşlı alman siyasətçiyə uduzdu – FOTO

DIN


Bir neçə gün əvvəl Böyük Britaniya kralının kiçik oğlu Şahzadə Harrinin təşəbbüsü ilə müxtəlif ölkələrdə baş tutmuş hərbi qulluqçular üçün keçirilən “Invictus Games” Oyunlarında çıxış etmək üçün Düsseldorfa uçub. Səfəri çərçivəsində şahzadə yerli telekanalda idman proqramında qonaq olub. Həmin proqramın efirində o, Almaniyanın 63 yaşlı müdafiə naziri Boris Pistorius ilə futbol oynayıb.

“Matç” zamanı iştirakçılar improvizə edilmiş futbol qapısına penalti vurmalı olublar. Şahzadə Harri qapıya üç zərbə vursa da, topu tora qovuşdura bilməyib, onun rəqibi isə ardıcıl iki penaltini uğurla reallaşdırıb. Oyun başlamazdan əvvəl Sasseks hersoqu uduzacağı təqdirdə Almaniya milli futbol komandasının köynəyini geyinəcəyinə söz verib. Lakin studiyada həmin komandanın forması olmayıb və şahzadə boynuna Bavariyanın “Maynz 05” komandasının şərfini bağlayıb.

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir