Bakıdan Masallıya evlənmək məqsədilə 14 yaşlı qız qaçırılıb? – DİN-dən AÇIQLAMA + FOTO

Cəmiyyət


Daxili İşlər Nazirliyi Bakıda 14 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı barədə yayılan xəbərlərə aydınlıq gətirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qaçırıldığı iddia olunan 14 yaşlı yeniyetmə qızın Masallı rayonunda qohumunun evində olması müəyyən edilib:

“Onun ailəsinə təhvil verilməsi təmin edilib. Araşdırmalarla onun qaçırılması ilə bağlı iddialar təsdiqini tapmayıb”.

Qeyd edək ki, valideyn ötən gün 2009-cu il təvəllüdlü qızı M.N.-in yaşadığı evdən naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmayaraq itkin düşdüyünü bildirib. Qız 43-cü PB-nin əməkdaşları ilə telefon vasitəsilə əlaqə saxlayaraq adını bildirmədiyi şəxs tərəfindən evlənmək məqsədilə Masallı rayonuna aparıldığını bildirib.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir