Otuz il sonra meyitinin qalıqları tapılan şəhidimizlə vida mərasimi keçirilir

HƏRBİ


Birinci Qarabağ müharibəsində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Azərbaycan Ordusunun döyüşçüsü Əli Hüseynovla vida mərasimi keçirilir.

“resmixeber.az”un Qarabağ bürosunun verdiyi xəbərə görə, mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid rayonun Aşağı Yağlıvənd kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Hüseynov Əli Heydər oğlu 1968-ci ilin avqustun 13-də Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində anadan olub. 1991-ci ilin sonundan başlayaraq könüllü olaraq ordu sıralarına yazılıb. Füzuli, Xocavənd ərazisində gedən döyüşlərdə iştirak edib.

Ə.Heseynov 1993-cü ilin avqustun 6-da Füzuli rayonunun Govşaltı kəndinin azadlığı uğrunda gedən döyüşlərdə itkin düşüb.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb.

Ekspertiza nəticəsinə meyit qalıqlarından birinin Əli Hüseynova məsus olduğu təsdiqlənib.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir