Braziliya millisinin sabiq qapıçısı Azərbaycan klubunda?

Dünya


Heyətinə əcnəbi qapıçı cəlb etmək istəyən “Zirə” axtardığını Portuqaliyada tapıb.

resmixeber.az-ın məlumatına görə paytaxt klubu “Aroka”nın qolkiperi Tyaqu Silvanın xidmətində maraqlıdır.

29 yaşlı braziliyalının hazırkı komandası ilə gələn ilin yayına qədər müqaviləsi olsa da, heyətə çox düşə bilməməsi səbəbindən klubunu dəyişmək niyyətindədir. “Aroka”nın onun “Zirə”yə keçidinə mane olmayacağı bildirilir.

Qeyd edək ki, Braziliyanın “Flamenqo” klubunun yetirməsi olan T.Silva avropada “Aroka”dan əlavə digər Portuqaliya klubu “Eştoril”in formasını geyinib. O, Braziliya U-17 millisində iki oyun keçirib.

Faiq Tahirov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir