“Bu cür xoşagəlməz hallarla bağlı inzibati cəza tədbirlərinin görülməsi mütləqdir” – RƏY

Cəmiyyət


“Ətraf mühitə zərər vurulmasının qarşısının alınması üçün ən effektiv çıxış yolu inzibati cəza mexanizmlərinin tətbiq olunmasıdır.

Bu cür xoşagəlməz hallarla bağlı inzibati cəza tədbirlərinin görülməsi mütləqdir”.

Bu fikirləri “resmixeber.az”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov ağaclara, təbiətə qəsdən vurulan zərərlərlə bağlı danışarkən deyib.

O əlavə edib ki, sosial şəbəkə vasitəsi ilə problemi qabardaraq müəyyən mənada ictimai qınaq formalaşdırmaq olar:

“Ancaq sosial şəbəkədə məsələni ictimailəşdirmək də tam olaraq çıxış yolu deyil. İndi hamı sosial şəbəkədə hansısa problemlə bağlı paylaşım edir və insanlar rəy yazaraq həmin məsələ ətrafında müzakirə aparılır. Amma bu, tam olaraq problemin həlli yolu deyil. Ən effektiv çıxış yolu inzibati mexanizmlərin tətbiq olunmasıdır. Bu cür xoşagəlməz hallarla bağlı inzibati cəza tədbirlərinin görülməsi mütləqdir. Çünki belə əməllər törədən insanlar adətən ictimai qınağı da qulaqardı edir. Ona görə də polisin məsələyə müdaxiləsi, hər hansı bir xəbərdarlığın olunması və cəza tədbirinin görülməsi gərəkli olur”.

Onun sözlərinə görə, bu məsələdə maarifləndirmə işlərinin də aparılması vacibdir:

“Bəzən insanlar ətraf mühitlə necə davranmalı olduğunu bilmir, ona laqeyd yanaşır. Əsasən belə qanunsuz halları gənclərin etdiyini müşahidə edirik. Bunun qarşısının alınması üçün insanlar arasında maarifləndirmə aparılmalıdır. Uşaqlar məktəbdə müəllimlər, evdə isə valideynlər tərəfindən bu istiqamətdə maariflənməlidir. Belə olarsa ətraf mühitə zərər vurulmasının qarşısı alına bilər”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir