MİT-dən MOSSAD-ın İstanbuldakı casus şəbəkəsinə qarşı əməliyyat: 7 nəfər tutulub

Dünya


Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İstanbulda kritik əməliyyat keçirib.

Məlumata görə, İstanbulda İsrail Milli Kəşfiyyat Xidməti MOSSAD-a işlədiyi müəyyən edilən 7 nəfər tutulub. Onlardan 2-nin türk olduğu bildirilir.

Qeyd olunur ki, MİT İstanbul Regional İdarəsinin Əks-Kəşfiyyat bölmələri MOSSAD-ın Türkiyədəki kəşfiyyat fəaliyyətlərini aylarca addım-addım təqib ediblər.

MOSSAD-ın Türkiyədə yaşayan əcnəbiləri uzaqdan onlayn marşrutlaşdırma texnikasından istifadə edərək izlədiyi müəyyən edilib. Sonra əməliyyat üçün düyməyə basılıb.

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin təşkil etdiyi siyasi və hərbi casusluq əməliyyatında tutulan 7 nəfər dindirilərkən MOSSAD-a işlədiklərini etiraf edib.

MİT-in əldə etdiyi məlumata görə, MOSSAD kəşfiyyat və izləmə qabiliyyətinə malik şəxsləri xüsusi olaraq seçərək xaricdə öyrədib. MİT, həmçinin MOSSAD-ın kəşfiyyat məlumatı toplamaq və PUA-larla əməliyyatın keçiriləcəyi yerləri müəyyən etmək üçün İstanbulda cəlb etdiyi ərəbəsilli casusları ilk növbədə Livan və Suriyaya göndərdiyini müəyyən edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir