Fərhad Hacıyev: “Yüksəliş” idarəçi axtarışındadır”

Cəmiyyət


“Yüksəliş” işə düzəlmək üçün müsabiqə deyil. Müsabiqədə iştirak edən namizədlərin hamısının işi var. “Yüksəliş” idarəçi axtarışındadır”.

resmixeber.az xəbər verir ki, bununla bağlı gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında məlumat verib. 

O qeyd edib ki, qaliblərin hamısının vəzifəsində müəyyən yüksəliş olub. Onların arasında bir neçəsi rəhbər vəzifələrə təyinat alıb:

“Budəfəki “Yüksəliş”də əvvəlki iki müsabiqədən fərqli olaraq, təqdim edilən yeni keyslər Azərbaycandakı mövcud situasiyalarla bağlı olacaq – Qarabağda işsizlik, Mingəçevirdə baş vermiş fövqəladə vəziyyət, ulu öndərin ölkəmizə verdiyi töhfələr haqqında keyslərdir. Xüsusilə vurğulamaq istəyirəm ki, bu “Yüksəliş” müsabiqəsi “Heydər Əliyev İli” çərçivəsində keçirilir.

Təəssüf ki, builki müsabiqədə də qadın namizədlərin müraciətlərində artım olmayıb. Biz artımın tərəfdarıyıq, amma istədiyimiz qədər deyil. Çalışacağıq ki, daha çox qadın idarəedicilərlə bağlı təbliğat işlərini gücləndirək”. 

Aysel Aslan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir