Sabirabad sakini məscidin pəncərəsindən yıxılaraq xəsarət alıb

Cəmiyyət


Sabirabad rayon sakini məscidin pəncərəsindən yıxılaraq xəsarət alıb.

“resmixeber.az”un məlumatına görə, hadisə rayon mərkəzindəki “Şamaxı” adlanan məsciddə baş verib.

Belə ki, Sabirabad şəhər sakini, 1979-cu il təvəllüdlü Məmmədova Adilə Yosət qızı məscidin pəncərəsini təmizləyərkən hündürlükdən yıxılıb. Hadisə zamanı qadın müxtəlif dərəcəli xəsarətlər alıb.

A.Məmmədova Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir