Qonşunun eyvanından sallanıb adamları xilas etdilər: Əməliyyat görüntüləri – VİDEO

Cəmiyyət


Ötən sutka ərzində 69 yanğına çıxış və üç köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı biri azyaşlı olmaqla üç nəfər xilas edilib.

www.RESMIXEBER.az