Türkiyədə üçmərtəbəli bina insanların gözü qarşısında yerlə bir oldu – VİDEO

Dünya


Türkiyədə üçmərtəbəli yaşayış binası insanların gözü qarşısında yerlə bir olub. Hadisə Eskişehrin Tepebaşı rayonunda qeydə alınıb.

Sosial şəbəkələrdə həmin anın görüntüləri paylaşılıb.

Kadrlarda binanın yaxınlığındakı insanların sürətlə ərazidən uzaqlaşmaları və ətrafda toz buludunun əmələ gəldiyi anlar əks olunub.

Məlumata görə, dünən binada çatlar yarandığı üçün sakinlər təxliyə ediliblər.

Mənbə: TRT Haber

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir