Gəncədə altı otaqlı ev yandı – YENİLƏNİB

Cəmiyyət


Gəncə şəhərində ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 kvadratmetr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

23:26

Gəncə şəhərinin Bünyad Sərdarov küçəsində yerləşən fərdi evlərin birində yanğın qeydə alınıb.

“resmixeber.az”un məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Evin bir otağında baş vermiş yanğın söndürülüb.

Hadisə zamanı iki qadın özlərini pis hiss etdikləri üçün hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar.

Yanğının başvermə səbəbləri araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir