“Twitter”in dəyəri üç dəfə azalıb

Dünya


44 milyard dollarlıq alışdan bir il ötməmiş “Twitter” dəyərini itirməkdə davam edir.

Oxu.Az xəbər verir ki, “Fidelity”nin açıqlamalarına əsasən, “Twitter”in hazırkı dəyəri İlon Maskın platforma üçün ödədiyi məbləğin yalnız üçdəbiri qədərdir. Şirkətin hazırda dəyəri təxminən 15 milyard dollara düşüb.

“Bloomberg”də yayımlanan xəbərə görə, “Fidelity”nin “Twitter”in dəyəri ilə bağlı proqnozlar vermək üçün hansı məlumatlardan istifadə etdiyi bilinmir.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir