Nazir Zemfira Meftahətdinovanın yerinə rəis təyin etdi

Cəmiyyət


Daxili işlər orqanlarında kadr təyinatı olub.

resmixeber.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, dünya çempionu, cüdo üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı olmuş polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib.

O, bu təyinata qədər DİN-in İdman Cəmiyyətinin baş inspektoru vəzifəsində xidmət edib.

Qeyd edək ki, 1974-cü il təvəllüdlü tanınmış idmançı 2003-cü ildə Polis Akademiyasında Fiziki Hazırlıq kafedrasının baş müəllimi vəzifəsində işləyib. 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Nailiyyətlərinə görə 2008-ci ildə dövlət baçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təlitif edilib. Beynalxalq yarışlarda Azərbaycanı təmsil etmiş cüdoçu, uzun illər məşqçi kimi də fəaliyyət göstərib. Şəmkir Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, mayın 30-dək Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi vəzifəsini Sidney Olimpiya Oyunlarının çempionu Zemfira Meftahətdinova tuturdu.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir