Özünü qatarın altına atan şəxs ölüb – VİDEO

Cəmiyyət


Mayın 23-də saat 11:50 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatar Mingəçevir-Goran mənzilinin 311-ci km-də hərəkətdə olan zaman bir nəfər naməlum şəxs dəmiryolu xəttinə yaxınlaşaraq qəfildən özünü relslərin üzərinə atıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

“Təəssüflə qeyd edirik ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və şəxsin həyatını xilas etmək mümkün olmayıb”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, hadisə aidiyyəti üzrə araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir