Fərhad Hacıyev: “Təkliflər təkcə finalçılara yox, yarımfinalçılara da oldu”

Cəmiyyət


“Yüksəliş” müsabiqəsi vəzifə almaq yox, özünü təqdim etmə müsabiqəsidir. Elə bacarıqlı adamlar var ki, onlar işlədikləri qurumlarda orta və aşağı vəzifələrdədir və özlərini təqdim edə bilirlər. “Yüksəliş” platforması onların özlərini göstərmələri üçün fürsətdir”.

resmixeber.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

Onun sözlərinə görə, birinci müsabiqədə orta zəncirin nümayəndələri biliklərini nümayiş edərək potensiallı olduqlarını göstərdilər və həyatlarında dəyişiklik oldu:

“Onlara idarələrindən və digər dövlət qurumlarından təkliflər gəldi. Təkliflər təkcə finalçılara yox, yarımfinalçılara da oldu. Elə finalçılarımız da var ki, onlara yüksək vəzifələr təqdim olunur, amma onlar iş yerlərini dəyişmirlər”.

F.Hacıyev bildirib ki, iş təklifləri alanlardan hazırda Prezident Administrasiyasında şöbə rəhbəri, dövlət idarələri, böyük holdinqlərdə işləyənlər də var:

“İştirakçılar arasında final mərhələsinə gəlib çatanlar arasında işsiz qalan olmayıb. Finalçılardan artıq iki nəfəri dövlət proqramı çərçivəsində xaricdə magistr təhsili almaq üçün müraciət edib”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir