Yanlış korset istifadəsi zamanı menisk yırtığı yarana bilər

Cəmiyyət


“Uşaqlarda menisk yırtıqlarına böyüklərə nisbətən nadir hallarda rast gəlinir”.

resmixeber.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda qurumun Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloqu Murad Bağırlı deyib.

Həkim qeyd edib ki, uşaqlarda sümük elastik olur:

“Uşaqlarda qığırdaqlar özünü zamanla bərpa edir. Əgər belə bir hal baş verərsə, əməliyyata ehtiyac olmur”.

Travmatoloqun sözlərinə görə, yanlış korset istifadəsi zamanı menisk yırtığı yarana bilər:

“Korsetin çəkisi çox önəmlidir, istifadə olunan korsetlərin yan tərəflərində dəmir lövhələrin olması zədələnməyə səbəb ola bilər. Buna görə ixtisaslı həkimlərə müraciət etmək lazımdır”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir