Tovuzda iki minik avtomobili toqquşdu – FOTO

Cəmiyyət


Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb. 

Hərəkətdə olan VAZ-2106 markalı avtomobil VAZ-2107 markalı maşınla toqquşub.

Nəticədə VAZ-2107 markalı nəqliyyat vasitəsi yoldan çıxaraq avtomobil sexinə çırpılıb.

Bu zaman VAZ-2107-də olan sərnişin, Tovuz rayon sakini 22 yaşlı Amil Hüseynov xəsarət alıb. 

O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin qənaətbəxş  olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir