Kabildə XİN binasının yaxınlığında silsilə partlayışlar törədilib: Onlarla şəxs həlak olub

Dünya

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin yaxınlığında ardıcıl üç güclü partlayış baş verib.

Yerli mətbuatın yazdığına görə, partlayış zamanı Çin nümayəndə heyəti Xarici İşlər Nazirliyinin binasında olub.

İlkin məlumata görə, partlayış nəticəsində 21 nəfər həlak olub, onlarla şəxs xəsarət alıb. Həlak olanlar arasında nazirlik əməkdaşları da var.

Ehtimal edilib ki, partlayış Əfqanıstandakı İŞİD üzvləri tərəfindən həyata keçirilib.

Qeyd edək ki, son vaxtlar Çin Əfqanıstana böyük investisiyalar yatırmağa başlayıb və bu məqam ölkədəki radikal təşkilatlar tərəfindən ciddi təzyiqlərlə qarşılanır.

Mənbə: Amu TV

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir