
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən müharibəsinin oktyabrın 8-nə olan
xronikasını təqdim edir:
– Müdafiə Nazirliyi bildirib ki, səhər saatlarından başlayaraq
Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının
kəndlərini artilleriya atəşinə tutur, ölən və yaralananlar var.
Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi nəticəsində bir neçə mülki
obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.
– Müdafiə Nazirliyi Ermənilərin Horadizdə atıb qaçdıqları hərbi
texnikaların görüntülərini yayıb. Düşmənin atıb qaçdığı
növbəti hərbi texnikaların görüntüləri yayılıb.
– Bərdə “Toçka-U” kompleksindən atəşə tutulub, Ermənilərin atdığı raket Bərdədə
restorana və məktəbin yaxınlığına düşüb, 7 nəfər yaralanıb. Düşmənin Bərdə və Tərtəri atəşə
tutan “Qrad”ı məhv edilib.
– Müdafiə Nazirliyi düşmənin zirehli texnikasının məhv edilməsi
görüntülərini yayıb.
– Goranboyda ermənilər tərəfindən atılmış 10 ədəd raket aşkarlanıb.

