
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin oktyabrın 12-nə olan xronikasını təqdim edir:
– Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya
kanalına müsahibə verib.
– Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində paylaşım edib.
– Ermənistən silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutub. Ağcəbədi rayonunun ərazisi atəşə tutulub.
– Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.
– Ermənilər Ağdamın kəndlərini artilleriya və raketdən atəşə tutub.
– 2020-ci il sentyabrın 27-dən oktyabrın 13-ə qədər Ermənistan
silahlı qüvvəllərinin yaşayış məntəqələrini atəşə tutması
nəticəsində 42 dinc sakin ölüb.
– Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsinin videogörüntülərini yayıb.

