
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Göygöl rayonunun Bəhranbağ qəsəbəsi ərazisində azyaşlıların süni
göldə batması barədə məlumat daxil olub.
Bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları
çağırış üzrə cəlb olunub.
Dalğıclar tərəfindən 2017-ci il təvəllüdlü Ramil Rövşən oğlu
Həsənovun meyiti suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil
verilib.
Göldə batan digər azyaşlı, 2016-cı il təvəllüdlü Yusif Sərxan
oğlu Nəsibovun da meyiti tapılıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma
aparılır.

