ABŞ Küveytə PUA əleyhinə sistemlərin satışına razılıq verib

Baş səhifə

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Küveytə təxminən 1,98 milyard dollar
dəyərində pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərinin
mümkün satışını təsdiqləyib.

Trend xəbər verir ki,
bu barədə məlumat Dövlət Departamentinin açıqlamasında yer
alıb.

Bildirilib ki, təsdiq Xarici Hərbi Satış proqramı çərçivəsində
Küveytə PUA-lara qarşı mübarizə üçün nəzərdə tutulan platformalar
və əlaqəli avadanlıqların tədarükünü əhatə edir.




Məlumata görə, sözügedən sistemlərin alınması təşəbbüsü Küveyt
hökuməti tərəfindən irəli sürülüb.

Paketə “Roadrunner-Munnition” və “Anvil-Kinetic” tipli
platformalar, buraxılış sistemləri, müxtəlif qüllələr, proqram
təminatının hazırlanması, texniki sənədlər, həmçinin ABŞ hökuməti
və podratçı şirkətlər tərəfindən göstəriləcək mühəndislik,
texniki-logistika xidmətləri və digər dəstək komponentləri
daxildir.