Bakıdakı WUF13 mühüm platformaya çevriləcək – UN-Habitat (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının Bakıda
keçirilməsi dayanıqlı şəhər inkişafı, mənzil siyasəti və iqlim
dayanıqlılığı sahəsində beynəlxalq təcrübə mübadiləsi baxımından
mühüm addım olacaq.

Bunu Trend-ə WUF13
çərçivəsində BMT-Habitat-ın qlobal həllər departamentinin direktoru
Rafael Tuts deyib.

“Mən burada, Bakıda, Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasında iştirak etməkdən çox məmnunam. Bu, əslində mənim 13-cü
forumumdur – mən bütün Ümumdünya Şəhərsalma Forumlarında iştirak
etmişəm. Forumun Bakı və Azərbaycan tərəfindən necə təşkil
olunmasından çox razıyam. Qoyulan investisiyalar və təşkilati işlər
çox yüksək səviyyədə olub”,-deyə o bildirib.




UN-Habitat nümayəndəsinin sözlərinə görə, forum dayanıqlı şəhər
inkişafı, əlçatan mənzil təminatı, şəhər mobilliyi və iqlim
dəyişikliklərinə dayanıqlılıq məsələlərinin müzakirəsi üçün mühüm
platformaya çevriləcək.

“Ümid edirik ki, Azərbaycan və digər ölkələr də daxil olmaqla
üzv dövlətlər və şəhərlər arasında təcrübə mübadiləsi şəhərsalma və
mənzil siyasətinin mükəmməlləşdirilməsi baxımından çox səmərəli
olacaq”, – deyə Tuts vurğulayıb.