
Bakı. Trend:
Azərbaycan və Ukrayna beynəlxalq avtomobil daşımalarında
elektron icazə sisteminin (e-Permit) tətbiqinə dair Anlaşma
Memorandumu imzalayıb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.
“Leypsiq şəhərində Ukraynanın Baş nazir müavini, icma və
ərazilərin inkişafı naziri Oleksi Kuleba ilə görüş keçirdik.
Görüşdə Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində
əməkdaşlığın genişləndirilməsi, xüsusilə beynəlxalq avtomobil
daşımalarında tranzit imkanlarının artırılması və rəqəmsal həllərin
tətbiqi məsələlərini müzakirə etdik.
Beynəlxalq avtomobil daşımalarında elektron icazə sisteminin
(e-Permit) tətbiqinə dair Anlaşma Memorandumu imzaladıq. Bu
təşəbbüs sərhəd keçidlərinin sadələşdirilməsinə, daşımaların
rəqəmsallaşdırılmasına və daşıyıcılar üçün daha çevik və effektiv
əməliyyat mühitinin yaradılmasına şərait yaradacaq”, – paylaşımda
qeyd edilib.

