
Bakı.Trend:
ABŞ-dən olan milyarder biznesmen Afrikada ov zamanı faciəvi
şəkildə həlak olub.
Trend xəbər verir
ki, bu barədə Daily Mail məlumat yayıb.
Məlumata görə, 75 yaşlı biznesmen və həvəskar ovçu Erni Dozio
ovçu həmkarı ilə sıx tropik meşədə olan zaman qəflətən beş dişi fil
və onların balalarından ibarət sürü ilə qarşılaşıb.
Heyvanlar təhlükə hiss edərək, onların üzərinə hücum çəkib.
Peşəkar ovçunu kənara atıblar və o silahını əlindən salaraq ağır
bədən xəsarətləri alıb. Dozio isə ov tüfəngi ilə silahlansa özünü
qoruya bilməyib və fillər onu basdalayaraq həyatına son qoyub.
Afrika filləri planetin quruda olan ən iri heyvanları hesab
olunurlar – onların dişilərinin boyu bəzən 4 metrə çatır və onlar
40 km/saata qədər sürətlə qaça bilirlər ki, bu hücum zamanı onları
son dərəcə təhlükəli edir.
Hazırda ABŞ-nin Qabondakı səfirliyi məsələ ilə məşğul olaraq,
cənazənin Kaliforniyaya repatrasiyası üçün yerli qurumlarla
əlaqələndirmə işləri aparır.

