İran limanlarının blokadasını atəşkəsin pozulmasıdır – Əraqçi

Baş səhifə

Bakı. Trend:

İran limanlarının blokadası və ticarət gəmilərinin ələ
keçirilməsi atəşkəsin pozulması deməkdir.

Trend-in
məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb.




“İran limanlarının blokadası müharibə aktı və buna görə də
atəşkəsin pozulmasıdır. Ticarət gəmisinə hücum edib heyətini girov
götürmək daha da böyük bir pozuntudur”, – deyə o bildirib.

Nazir əlavə edib ki, İran məhdudiyyətlərlə necə mübarizə
aparmağı, maraqlarını necə müdafiə etməyi və hədə-qorxuya necə
müqavimət göstərməyi bilir.