Bakı. Trend:
Qalatasaray çempionluq yolunda mühüm qələbə qazanıb.
Trend-in məlumatına görə, Türkiyə Super Liqasının 30-cu turunda
Ankarada “Gənclərbirliyi” ilə qarşılaşan “sarı-qırmızılar” 2-1
hesabı ilə qələbə qazanıblar.
Çempionatın bitməsinə cəmi 4 həftə qalmış qazanılan bu 3 xal
komandanı qızıl medallara bir qədər də yaxınlaşdırıb. Hazırda
komanda ən yaxın rəqibi “Fənərbağça”dan 4 xal irəlidədir.
“Qalatasaray” növbəti turda “Fənərbağça”nı öz meydanında qəbul
edəcək.

