
Bakı. Trend:
Rusiyanın Kamçatka diyarında 4,1 bal gücündə zəlzələ qeydə
alınıb.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin
region üzrə Baş İdarəsinin saytında bildirilib.
Məlumata əsasən, zəlzələnin episentri Ust-Kamçatski dairəsi
ərazisində, Krutobereqovo kəndindən 17 km cənub-şərqdə
yerləşib.
Bölgə sakinləri üç bal gücündə zəlzələ hiss edə biliblər.

