
Bakı. Trend:
NEQSOL Holding tərkibində fəaliyyət göstərən dörd şirkət
Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən
açıqlanan 2025-ci il üzrə Azərbaycanın ən böyük 100 vergi ödəyicisi
siyahısına daxil edilib.
2025-ci ildə NEQSOL Holding şirkətləri Azərbaycan dövlət
büdcəsinə ümumilikdə 221,9 milyon manat vergi ödəyib. Beləliklə,
NEQSOL Holding ölkənin dövlət büdcəsinə ən böyük töhfə verənlərdən
biri olub.
Ümumən, NEQSOL Holding tərkibində aparıcı vergi ödəyicilər
sırasına Azerconnect Group, Norm, Bakcell, AzerTelecom, eləcə də
Nobel Energy və digər qrup şirkətləri daxildir.
NEQSOL Holding-in iki şirkəti – Azerconnect Group və Norm –
həmçinin Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə ən böyük 10 vergi
ödəyicisi sırasındadır.
“2025-ci ildə NEQSOL Holding 221,9 milyon manat vergi ödəyib və
dörd şirkətimiz ölkənin ən böyük 100 vergi ödəyicisi sırasında
qərarlaşıb. Əhəmiyyətli vergi ödənişləri ilə yanaşı, holdinq
dayanıqlı biznes fəaliyyəti, sərmayələr, yeni iş yerlərinin
yaradılması və sosial təşəbbüslər vasitəsilə Azərbaycanın iqtisadi
inkişafına töhfə verməyə davam edir. Bu nəticələr holdinqin
iqtisadi artım, şəffaflıq və korporativ sosial məsuliyyət
prinsiplərinə sadiqliyini nümayiş etdirir,” – deyə NEQSOL
Holding-in Qrup üzrə Baş Maliyyə Direktoru və NEQSOL Holding
Azərbaycan üzrə rəhbəri İmran Əhmədzadə bildirib.
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar,
tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən
beynəlxalq şirkətlər qrupudur. Holdinq Azərbaycandakı fəaliyyətinin
genişləndirilməsinə xüsusi önəm verir və inkişaf etdikcə ölkənin
iqtisadi və sosial tərəqqisinə töhfə verməyə sadiq qalır.


