Azərbaycana Amerikadan turist axını 20 % artıb

Baş səhifə

Bu ilin yanvar-fevral aylarında Azərbaycana Amerika qitəsi ölkələrindən 3 961 turist gəlib.

“Report”un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.

İki ay ərzində daha çox turist ABŞ-dən gəlib – 2 700 nəfər. Bu göstərici 1 il əvvələ nisbətən 28,6 % çoxdur.

Bundan əlavə, Kanadadan – 464 (-6,6 %), Braziliyadan – 344 (+12,1 %), Kolumbiyadan – 124 (+20,4 %), Meksikadan – 111 (+20,7 %), Argentinadan – 44 (+18,9 %) Çilidən – 22 (-29 %), Ekvadordan – 21 (-16 %), , Venesueladan – 21 (2,1 dəfə az ), Kubadan – 19 (+ 11,8 %), Trinidad və Tobaqodan 19 (+18,8 %), Perudan – 16 (2 dəfə az), Sent-Kits və Nevisdən– 9 (- 43,8 %), Yamaykadan 9 (+ 28,6 %), Kosta-Rikadan – 8 (3 dəfə az ), Boliviyadan 5 ( –16,7 %), Panamadan – 5 (eyni qalıb ), Dominikandan 4 ( 2 dəfə artıb), Hondurasdan 4 ( 3 dəfə artıb ), Uruqvaydan – 3 ( –76,9 %), Paraqvaydan 3 (eyni qalıb), Salvadordan 3 nəfər ( 2 dəfə artıb), Qvatemaladan 2 ( –33,3 %), Nikaraquadan isə 1 nəfər (eyni qalıb) turist gəlib.

Hesabat dövründə Azərbaycana 163 ölkədən 337,3 min əcnəbi vətəndaş səfər edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.