
Bakı. Trend:
Perunun mərkəzi seçki komissiyası kimi fəaliyyət göstərən Milli
Seçki Münsiflər Heyəti 12 aprel prezident və parlament seçkilərində
səs verə bilməyən vətəndaşlar üçün bəzi seçki məntəqələrinin 13
apreldə fəaliyyət göstərməsinə icazə verib.
Trend-in
məlumatına görə, bu barədə Milli Seçki Münsiflər Heyətinin katibi
Cessika Klavixo deyib.
“Seçki Münsiflər Heyəti Plenumu, səlahiyyətlərinə uyğun olaraq,
materialların qəbul olunmadığı seçki məntəqələrində, eləcə də
[ABŞ-nin] Orlando (Florida ştatı) və Paterson (Nyu-Cersi ştatl)
seçki dairələrində səsvermə vaxtının 13 aprel saat 18:00-dək
uzadılmasına qərar verib”, – deyə o bildirib.
Qurum səsvermənin sonuna qədər ilkin səs saymalarının və
exit-pollların nəticələrini dərc etməməyi tövsiyə edib.


