Viktor Orban Macarıstanda parlament seçkilərində məğlub olduğunu bildirib

Baş səhifə

Bakı. Trend:

Macarıstanın Baş naziri Viktor Orban “FİDES – Macarıstan
Vətəndaş Birliyi” partiyasının parlament seçkilərində məğlub
olduğunu qəbul edib.

Trend-in
məlumatına görə, bu barədə V.Orban Budapeştdə tərəfdarlarının
mitinqində çıxışı zamanı deyib.

O, rəqibi Tisza partiyasının lideri Péter Magyar-ı qələbə
münasibətilə təbrik etdiyini bildirib.




Səslərin 50 faizindən çoxu sayıldıqdan sonra “Tİsa” ölkə
parlamentində yerlərin əksəriyyətini qazanaraq “FİDES”dən xeyli
irəlidədir.

“Nəticə, yekun olmasa da, aydındır. Bizim üçün nəticə ağrılı və
birmənalıdır”, – deyə o bildirib.