"Fənərbağça" darmadağınla qalib gəldi

Baş səhifə

Türkiyə Superliqasında “Fənərbağça” səfərdə “Kayserispor”la qarşılaşıb.

Modern.az xəbər verir ki, görüş qonaqların 4-0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Nqolo Kante, Dorgeles Nene və Anderson Talişka vurub. Talişka dubl müəllifi olub.

Qeyd edək ki, “Fənərbağça” 66 xalla turnir cədvəlinin ikinci pilləsində yer alır.