Antonio Valensiya futbola qayıtdı

Baş səhifə

Bakı. Trend:

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Antonio Valensiya
karyerasını bərpa edib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu İngiltərənin 9-cu
divizionunda çıxış edən “Vaytenshave Vets” klubuna keçib. Bu barədə
klubun mətbuat xidməti məlumat yayıb.




Bu komandada tanınnmış futbolçulardan Emil Heski, Daniel
Drinkuoter, Stiven Airlend, Coleon Leskott və Papiss Sisse də çıxış
edir.

Qeyd edək ki, Valensiya 2021-ci ildə karyerasını başa vurmuşdu.
Ekvador millisinin sabiq üzvü 2009-2019-cu illərdə “Mançester
Yunayted”də çıxış edib.