Minsk və Gəncə zavodları arasında yeni saziş ölkələrimizin iqtisadiyyatının inkişafına əlavə töhfə verəcək — Xanlar Fətiyev (FOTO)

Baş səhifə

Minsk. Trend

Minsk və Gəncə zavodları arasında imzalanan yeni saziş
Azərbaycan ilə Belarus arasında iqtisadi əlaqələrin inkişafına
töhfə verəcək.

Bunu Trend
Gəncə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə
Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar
Fətiyev Xanlar Fətiyev Gəncə Avtomobil Zavodunda Minsk Avtomobil
Zavodunun şassisi əsasında yeni kommunal texnika partiyasının (100
ədəd) yığılması haqqında sazişin imzalanma mərasimində deyib.

Bu saziş Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana
dövlət səfəri zamanı Prezident İlham Əliyev və Prezident Aleksandr
Lukaşenko tərəfindən verilmiş tapşırıqların icrası çərçivəsində
imzalanıb.




“Gəncə Avtomobil Zavodu ilə Minsk Avtomobil Zavodu arasında
əməkdaşlıq 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin
Belarusa səfərindən sonra başlayıb. Həmin vaxt belaruslu
tərəfdaşlarla əməkdaşlığa başlamaq tapşırığı verilib. Bu günə qədər
təxminən 15 min traktor, 4 minə yaxın MAZ markalı avtomobil
istehsal olunub və əməkdaşlıq davam edir. Martın 2-də
əməkdaşlığımız çərçivəsində istehsal olunan ilk kommunal maşın
partiyası Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Dövlət
başçısının verdiyi yüksək qiymət səmərəli əməkdaşlığın
genişləndirilməsinə stimul olub. Dövlət başçılarımızın Şuşada əldə
etdiyi razılaşma çərçivəsində kommunal texnikanın birgə yığılması
ilə bağlı biz hazırda Minskdəyik və müvafiq sazişi imzalayırıq.
İstehsal etdiyimiz texnika müasir keyfiyyət standartlarına və bazar
tələblərinə cavab verir və Azərbaycanın bütün şəhərlərində istifadə
olunur”, — deyə Xanlar Fətiyev qeyd edib.

Sənəd «MAZ» ASC-nin baş direktoru Valeri İvankoviç ilə birlikdə
imzalanıb.

Gəncə Avtomobil Zavodu ilə MAZ arasında əməkdaşlıq çərçivəsində
istehsal olunan kommunal texnika Gəncədə hazırlanaraq yığılmış
müasir avadanlıqla təchiz olunur. Bu texnika respublika üzrə şəhər
infrastrukturunun xidmətində istifadə üçün nəzərdə tutulub. Layihə
ölkənin kommunal texnika parkının yenilənməsinə töhfə verir.