
Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətinin Slavutiç şəhərinə zərbə endirib, nəticədə təxminən 21 min nəfər müvəqqəti olaraq elektrik enerjisiz qalıb.
“Report” xəbər verir ki, bu barədə Vilayət Dövlət Administrasiyasının rəhbəri Nikolay Kalaşnik teleqram kanalında bildirib.
Onun sözlərinə görə, aprelin 6-sı səhər saatlarında regionun enerji infrastrukturuna növbəti zərbə endirilib: “Təhlükəsiz şərait yaranan kimi energetiklər bərpa işlərinə başlayacaqlar. Bütün kritik infrastruktur artıq ehtiyat təchizata keçirilib”.
N.Kalaşnik əlavə edib ki, su təchizatı təmin olunub, sosial müəssisələr generatorlarla işləməyə davam edir, rabitə və internet sabitdir.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


