Yağış nə vaxt dayanacaq?

Baş səhifə

Bakı. Trend:

Müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron
yarımadasında aprelin 6-sı axşamadək davam edəcəyi
proqnozlaşdırılır.

Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın
rayonlarında isə qeyri-sabit hava şəraitinin aprelin 7-si axşamadək
davam edəcəyi gözlənilir.




Məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da
düşən yağıntının miqdarı 90 mm qeydə alınıb. Bu da aylıq normanın
390%-ni təşkil edir.