Veteranlara biznes qurmaq üçün yardım edildi

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
özünüməşğulluq proqramı çərçivəsində bu il daha 85 nəfər müharibə
veteranına biznes planlarına uyğun aktivlər verilib.

Trend xəbər
verir ki, bu barədə nazirlik məlumat yayıb.




Məlumata görə, mal və materiallar formasında verilmiş aktivlər
hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı üzrə kiçik ailə
bizneslərini qurublar.

Proqrama cəlb edilənlər üçün ilkin mərhələdə biznes təlimləri
təşkil olunur. Təlimləri bitirdikdən sonra seçdikləri iqtisadi
fəaliyyət sahələri üzrə biznes planlarına uyğun aktivlərlə təmin
edilirlər.