
Bakı.Trend:
2026-cı ilin fevral ayında aylıq sosial müavinət və təqaüd
alanların sayı 884 795 nəfər təşkil edib. Bu, yanvar ayı ilə
müqayisədə 2 628 nəfər çoxdur.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat
verilib.
Bildirilib ki, fevral ayında sosial müavinət alanların sayı 477
514 nəfər olub ki, bu da yanvar ayı ilə müqayisədə 2 180 nəfər
artım deməkdir (yanvarda 475 334 nəfər). Təqaüd alanların sayı isə
407 281 nəfər olub. Bu göstərici yanvar ayı ilə müqayisədə 448
nəfər artıb (yanvarda 406 833 nəfər).
Beləliklə, həm sosial müavinət, həm də təqaüd alanların sayında
fevral ayında müsbət dinamika müşahidə olunub.


