ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışını planlaşdırır – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ ilk dəfə olaraq Səudiyyə Ərəbistanına beşinci nəsil F-35
qırıcı təyyarələrinin satışını həyata keçirməyi nəzərdə tutur.

Trend xəbər verir ki, bu
barədə ABŞ Prezidenti Donald Tramp Mayamidə keçirilən investisiya
forumunda çıxışı zamanı bildirib.




Onun sözlərinə görə, Vaşinqton krallığı NATO-dan kənar əsas
müttəfiq kimi tanıyıb və bu çərçivədə silah satışına razılıq
verilib.

“İlk dəfə Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışı ilə
bağlı razılıq əldə etmişik. Bu təyyarələr son dərəcə güclüdür və
biz onları çox məhdud sayda təqdim edirik”, – deyə Tramp
vurğulayıb.