Binəqədi və Suraxanıda fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
intensiv yağan yağışlarla əlaqədar paytaxtın Binəqədi və Suraxanı
rayonları ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin
subasmaya məruz qalması səbəbindən vətəndaşların köməksiz
vəziyyətdə qalması barə məlumatlar daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, daxil olan məlumatlarla
əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal
ərazilərə cəlb edilib.




Görülmüş xilasetmə tədbirləri nəticəsində subasma ilə əlaqədar
evlərini tərk etməkdə çətinlik çəkən 4-ü azyaşlı olmaqla ümumilikdə
9 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin
görülməsi işləri həyata keçirilib.