Azərbaycandan Türkiyəyə neft ixracının həcmi artıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə
47,1 min ton xam neft və bitumlu süxurlardan əldə edilən neft
məhsulları ixrac olunub. İxracın dəyəri 22,1 milyon ABŞ dolları
təşkil edib.

Trend-in
Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata
görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 14,7 milyon ABŞ dolları və ya 3 dəfə, həcm üzrə isə 32,3
min tondan çox və ya 3,2 dəfə artıb.

Belə ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycandan
Türkiyəyə 14,8 min ton neft və neft məhsulları 7,4 milyon ABŞ
dolları dəyərində ixrac olunub.




Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycan
xarici ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 2,64 milyard ABŞ dolları və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcminin 3,665 milyard ABŞ dollarını
ixrac, 2,599 milyard ABŞ dollarını isə idxal təşkil edib. Son bir
ildə ixrac 1,102 milyard ABŞ dolları və ya 23%, idxal isə 1,539
milyard ABŞ dolları və ya 37,2% azalıb.

Nəticədə 933,6 milyon ABŞ dolları həcmində müsbət saldo yaranıb
ki, bu da ötən illə müqayisədə 52,4 milyon ABŞ dolları və ya 5,3%
azdır.