“OpenAI” “Sora” neyron şəbəkəsini dayandırmaq qərarı verib

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın “OpenAI” texnologiya şirkəti real video yaradan “Sora”
neyron şəbəkəsinin fəaliyyətinə son qoymaq qərarına gəlib.

Trend xəbər verir ki, bu
barədə “Sora” “X” sosial şəbəkəsində yaydığı açıqlamada məlumat
verib.




Açıqlamada qeyd olunub: “Sora” ilə vidalaşırıq. Bu platformada
yaradan, paylaşan və onun ətrafında icma formalaşdıran hər kəsə
təşəkkür edirik. “Sora” vasitəsilə ortaya qoyduqlarınız önəmli idi
və anlayırıq ki, bu xəbər məyusluq doğurur”.

Qərarın hansı səbəbdən verildiyi isə açıqlanmayıb.