
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax
rayonu, Daşsalahlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə
məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon
Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə
baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa
müddətdə söndürülüb.
Yanğın nəticəsində 2 ha sahədə qamışlıq yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.


